27 Fevral 2018 17:08
3 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:55

Praqada həbs edilən PYD-nin sabiq həmsədri Saleh Müslüm azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, Praqada konfransa qatılan və Türkiyənin qırmızı bülletenlə axtarışa verdiyi Saleh Müslüm bu gün məhkəməyə çıxarılıb.

“Röyter” Agentliyi bildirir ki, məhkəmə prosesindən sonra PYD-nin sabiq rəhbəri azadlığa buraxılıb.

Polis məhkəmə qarşısında təhlükəsizlik tədbirləri görsə də, terror təşkilatının az saylı tərəfdarları aksiya keçirib. Media məhkəmə prosesinə buraxılmayıb.

Türkiyə Müslümün müvəqqəti həbsini və Ankaraya ekstradisiyasını tələb etmişdi.

Türkiyənin Çexiyadakı səfiri Əhməd Necati deyib ki, məhkəmənin bu qərarı iki ölkə əlaqələrinə mənfi təsir edəcək.

***

Çexiya məhkəməsinin Türkiyənin qırmızı bülletenlə axtarışa verdiyi Saleh Müslümü n azadlığa buraxılması ilə bağlı qərarı terror qruplaşmalarına dəstək xarakteri daşıyır.

Bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib:

“Bir çox ölkə PYD-nin əliqanlı terror qruplaşması olduğunu bilir. Türkiyədə onun bir çox qanlı cinayətlərdə əli var. Bu qərar siyasi xarakter daşıyır. Bu, Türkiyəyə qarşı terror fəaliyyətinə dəstək qərarıdır. Biz qəti şəkildə mübarizəmizə davam edəcəyik. Terrorların və terror qruplaşmalarının rəgni, dili, dini və mili mənsubiyyəti olmaz”.


Müəllif: Cavad, Samir

Oxşar xəbərlər