27 Fevral 2018 21:39
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland Krallığının paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar, VI qurultayı işini başa çatdırıb.

Teleqraf.com xəbər verir ki, qurultayda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, AAK prezidenti Sahil Qasımov, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, ictimai-siyasi xadimlər, Avropa ölkələrindəki diaspor nümayəndələri, Azərbaycanın bir sıra aparıcı KİV rəhbərləri və digər qonaqlar iştirak edib.

Qurultayda Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov tərəfindən hesabat dinlənilib və qəbul olunub. Daha sonra Azərbaycan Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin tədbirlər planının müzakirəsi ilə bağlı panel təşkil olunub. Paneldə AAK-ın fəxri prezidenti Samira Patzer-İsmayılova, AAK İcraiyyə Komitəsinin üzvləri Arzu Muradlı, Səfər Qaraqoyunlu, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək təkliflərini səsləndiriblər.

“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq qitə ölkələrində təbliğat işləri mövzusunda təşkil olunan paneldə isə AAK İcraiyyə Komitəsinin üzvü Mirvari Fətəliyeva, AAK vitse-prezidenti Rövşən Tağıyev, AAK fəxri prezidenti Başar Kömür, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə təkliflər səsləndiriblər. N. Əhmədzadə Polşanın 10-dək media rəhbərinin Azərbaycana səfərinin planlaşdırıldığını bildirib.

Daha sonra AAK Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunub və qəbul olunub. Sahil Qasımov yenidən AAK-a prezident seçilib. Hazırkı vitse-prezidentlər postlarına yenidən təsdiqlənib. Konqresin 2018-2021 illər üçün fəaliyyət proqramı təsdiqlənib. Qurultayın qətnaməsi qəbul olunub. Səfər Qaraqoyunlu AAK-ın 5-ci vitse-prezidenti seçilib.

Sonda qurultay iştirakçılarının Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciəti qəbul olunub. Qurultay Azərbaycan prezidenti İlham Əliyevə müraciətlə yekunlaşıb.

.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər