Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunda “Zeytun budağı” əməliyyatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 40-cı günündə 38 terrorçu məhv edilib.
Bununla da əməliyyat başlandığı gündən bu yana öldürülən terrorçuların sayı 2222-ə çatıb.
Əməliyyat müddətində Afrində 114 yaşayış məntəqəsi azad edilib.