Afrində keçirilən “Zeytun budağı” hərəkatında Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun verdiyi şəhidlərin sayı açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə naziri Nürəddin Canikli məlumat verib.
O bildirib ki, əməliyyat başlandığı gündən bu yana türk ordusu 41, müxaliflər isə 116 şəhid verib.