Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Respublika Narkoloji Mərkəzində baş vermiş yanğından sarsıldığını bildirib.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə öz fikirlərini bölüşən deputat deyib:
“Bu gün Respublika Narkoloji Mərkəzində baş verən faciədən çox sarsıldım. Ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzinin binasında güclü yanğın baş verib. İlkin məlumata görə, güclü külək nəticəsində yaranan qısaqapanmanın səbəb olduğu yanğında 24 nəfər ölüb, 4 nəfər yanıq xəsarəti alıb.