Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunda “Zeytun budağı” əməliyyatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 42-ci günündə 139 terrorçu məhv edilib.
Bununla da əməliyyat başlandığı gündən bu yana öldürülən terrorçuların sayı 2434-ə çatıb.