5 Mart 2018 23:43
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ başda olmaqla, bir sıra ölkələr Suriyanı bölməyə çalışırlar. Bunu təsdiq edəcək sübutların sayı getdikcə artır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Əsəd hakimiyyətinə qarşı silahlı mübarizə aparmaqla Suriyanı parçalamaq istəyən qruplara ABŞ dəstək verir.

S.Lavrov əlavə edir ki, ABŞ İŞİD-ə qarşı mübarizə adı altında Suriyada suveren hüququnu, konstitision quruluşunu pozmağa çalışır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər