Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” hərəkatı çərçivəsində Şeran bölgəsini azad edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bölgə səhər saatlarında terrorçulardan tamamilə təmizlənib.
Şeran Afrində Bülbül, Raco və Şeyx Hadiddən sonra azad edilən 4-cü bölgədir.
Bundan başqa, türk ordusu Afrinin Çaranlı, Harabat Çaranlı və Şirkan kəndlərini terrorçulardan təmizləyib.