Qolları olmayan 35 yaşlı qadın bütün işləri ayaqları ilə görür
Nadir rast gəlinən Holt-Oram sindromundan əziyyət çəkən Linda Bannon qolsuz dünyaya gəlib. Bütün bu çətinliklərə baxmayaraq, hər şeyə pozitiv yanaşdığını deyən Linda bütün işlərini ayaqları ilə görür. Ancaq Lindanın hekayəsi bununla yekunlaşmır. "24 yaşında ailə həyat quran Linda 2004-cü ildə övladını dünyaya gətirir.
Hamiləlik müddətində oğlunun da eyni sindroma yaxalandığını öyrənən ana buna rəğmən övladını dünyaya gətirməyə qərar verir. Balaca Timmi dünyaya gəldikdən sonra anası kimi hər işi ayağı ilə görməyi elə ondan öyrənməyə başlayır.
Linda Bannon: "Həyat yoldaşımla idman zalında tanış olmuşuq. Mənim özümə inamım onu valeh etmişdi. Oğlumun digər uşaqlardan heç bir fərqi yoxdur. Ev tapşırıqlarını yerinə yetirir, otağını nizamlayır və bütün bunların hamısını ayaqları ilə edir. Bəzən velosipedə minə bilmədiyi üçün əhvalı korlanır. Ancaq qısa müddət sonra hər şey qaydasına düşür. Öyrəndiyim hər şeyi oğluma da öyrətdim. Ayaqlarından istifadə edərək arxaya doğru da üzə bilir. Yeriməyi isə 2 yaşında öyrəndi. Digər uşaqlar kimi bir həyata sahib olmaq üçün heç bir əskikliyi yoxdur. O, çox pozitiv uşaqdır. Mən oğlumla fəxr edirəm"
/tabloid.az/