Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” hərəkatında strateji bölgə sayılan Cinderesi terrorçulardan azad etməklə Afrinin mərkəzinə doğru 3 mərhələli planla irəliləyir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, türk ordusu şimal, cənub və qərbdən əvvəlcə şəhərə hücum edəcək, havadan terrorçuların mövqeləri bombalanacaq, daha sonra isə şəhərin tam təmizlənməsi başlanacaq.
Birinci mərhələdə türk ordusu ASO ilə birlikdə hərəkət edəcək. İkinci mərhələdə türk qırıcıları, son mərhələdə isə TSQ-nın xüsusi təyinatlıları əsas rol oynayacaq.