10 Mart 2018 00:46
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zeytun budağı” əməliyyatı çərçivəsində Raco və Şeyx Hadid bölgələri terrorçulardan təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun qarşısındakı hədəf Afrinin qonşuluğundakı Mabadlı kəndidir.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, dünən Türkiyə saatı ilə 16:00-da Cindərəsin terrorçulardan azad olunduğu əməliyyatda çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Cindərəsin mərkəzi tamamilə boşaldılıb, mülki şəxslərin terrorçular tərəfindən Afrinə aparıldığı güman edilir. PKK/PYD-nin tunellərdə otaqlar düzəldib isinmək üçün qaz sobaları qurduğu üzə çıxıb.

Hazırda Türkiyə Mabadlı kəndini terrorçulardan azad etmək üçün hərəkətə keçib. Mabadlı azad edilərsə Türkiyənin Afrinin mərkəzinə yolu açılmış olacaq.


Müəllif: Kəmalə

Oxşar xəbərlər