12 Mart 2018 14:45
2 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” hərəkatının 3-cü mərhələsinə başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb.

Bu mərhələdə əsas diqqət dinc sakinlərin Afrin mərkəzini tərk etməsinə yönəlib. Sakinlər evlərindən çıxdıqdan sonra türk ordusu PKK terrorçularına qarşı məhəllə əməliyyatlarına başlayacaq.

Sosial şəbəkələrdə dinc sakinlərin Afrini tərk etməsi ilə bağlı görüntülər yayımlanıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər