13 Mart 2018 21:59
1 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Qina Haspelin adı su işgəncəsi (waterboardingle), İranda kütləvi iğtişaşları körükləməkdə hallanır.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu gün Dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edərək yerinə MKİ direktoru Mayk Pompeonu təyin edib. Sonuncunu isə xanım Cina Haspellə əvəzləyib.

MKİ-nin yeni rəhbərilə bağlı yayılan məlumatlarda qeyd olunur ki, o da sələfi Mayk Pompeo kimi saxlanılan şəxslərə qarşı işgəncənin verilməsini dəstəkləyən kəşfiyyatçı kimi tanınır.

Hespel daha öncə MKİ-nin Tailanddakı həbsxanasının rəisi vəzifəsində çalışıb. 2002-ci ildə Tailandda "Əl-Qaidə" terrorçularına qarşı su işgəncəsinin tətbiq edilməsi onun adı ilə bağlıdır. Onun "Əl-Qaidə" üzvləri olan əbu Zübeyd və Abdel Rahim el Nəşriyə qarşı işgəncələrini əks etdirən video göründü 2005-ci ilə qədər MKİ-nin arxivində saxlanılıb. 2005-ci ildən sonra görüntülər müəmmalı şəkildə silinib.

Cina Haspelin adı həmçinin İran, Tunis, Misir və Yaxın Şərqin bir neçə ölkəsindəki iğtişaşlarda hallanır.


Müəllif: Ruslan

Oxşar xəbərlər