Türkiyə Daxili İşlər Nazirliyi ölkədə daxili təhlükəsizliyin təminatı məqsədilə həyata keçirilən əməliyyatlar çərçivəsində Şırnak, Bingöl, Ağrı və Diyarbəkirdə 11 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, nazirliyin açıqlamasında Şırnakda 3 qadın, Bingöl və Diyarbəkirdə 3, Ağrıda isə 2 kişi terrorçu məhv edildiyi bildirilir. Məlumata görə, Ağrıda sərhəddəki təhlükəsizlik güclərinə qarşı separatçı hücuma cavab atəşi ilə susdurulub. Nəticədə 2 PKK terror təşkilatının üzvü zərərsizləşdirilib.
Şırnakda isə Qabar dağında PKK terrorçularına yönəlik “Xəncər-1” adlı əməliyyat zamanı 3 terrorçu qadın məhv edilib, müxtəlif silah-sursat, o cümlədən yaşayış üçün lazımi təchizat və tibbi ləvazimatlar, 50 kiloqram ammonium nitrat, 20 litr benzin ələ keçirilib