20 Mart 2018 00:15
2 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrin şəhər mərkəzini azad etməsindən sonra YPG terror təşkilatı 290 km şərqdəki Rəsulayn mahalından Ceylanpınar şəhərinə raketlə hücum edib.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, qarşı tərəf TSQ və ASO tərəfindən dərhal susdurulub, 18 terrorçu zərərsizləşdirilib.

Ceylanpınar şəhərində əsgərlərin növbətçi postu PKK/YPG-nin nəzarətindəki Rəsulayn mahalındakı terrorçular tərəfindən raketlə hücuma məruz qalıb. Artilleriya birləşmələri dərhal cavab atəşi açıb, 11 terrorçu məhv edilib, 7-si isə yaralanıb. TSQ və ASO əsgərləri içərisində xəsarət alan olmayıb. Hazırda sərhəd bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər