27 Mart 2018 14:33
2 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuzbas qubernatorunun müavini Sergey Sivilyev martın 24-də Kemerovodakı ticarət mərkəzində baş verən və 64 nəfərin həyatına son qoyan hadisəyə etiraz aksiyası keçirən nümayişçilərin qarşısına çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, etirazçılar qarşısında diz çökərək, onlardan baş verən faciəyə görə üzr istəyib: “Sizdən üzr istəyirəm”.

O, əlavə edib ki, hadisə ilə əlaqədar məmurlardan və həlak olanların yaxınlarından ibarət xüsusi qrup yaradılıb: “Bu qrup istintaq prosesini izləyəcək. Prosesin gedişi ictimaiyyətə açıq olacaq”.


Müəllif: Samir

Oxşar xəbərlər