28 Mart 2018 20:15
3 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Soyuq Müharibə dönəmindən sonra ilk dəfə olaraq Şimal Qütbündə ABŞ-la sərhəddə hərbi təlimlər keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Ria.ru" məlumat verib.

Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putinin ordunun döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə Şimal Dəniz Donanmasına döyüşə tam hazır olmaq əmri verib.

Rusiya Müdafiə naziri Sergey Şoyqu Putinin əmri ilə Şimal Dəniz Donanması, Qərb Hərbi Region və hava desant birliklərinin bəzi hissələrinin döyüşə tam hazır vəziyyətə gətirilidiyini bildirib.

Şoyqu hərbi manevrlərin hədəfinin Rusiyanın təhlükəsizliyinə nəzarət edilməsi olduğunu söyləyib.

Şoyqu Şimal Dəniz Donanması, Qərb Hərbi Region və hava desant birliklərini modern silahlarla tam təchiz etdiklərini bildirib: "5 hücum botu, 7 logistik gəmi, 10 hava hücumundan müdafiə sistemi olmaqla 1090 müasir hərbi texnika ordunun istifadəsinə verilib. Həmçinin 'İlya Muromets' adlı yeni buzqıran gəmi, "Elbrus" logistik gəmi də yeni istifadətə verilən hərbi texnikaların sırasındadır.

Rusiyanın Şimal Qütbündə 4 hərbi bazası mövcuddur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər