9 Avqust 2014 09:47
2 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ramil Səfərov özü işğaldan əziyyət çəkmiş, yaxınlarını itirmiş bir insandır"


Prezident İlham Əliyev avqustun 6-da vətəndaşlarla görüşündə erməni girovluğunda olan azərbaycanlılar Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və orada şəhid olmuş Həsən Həsənovun nəşinin geri qaytarılması üçün atılacaq addımlardan danışıb. İlham Əliyev çıxışı zamanı həmçinin Azərbaycan zabiti Ramil Səfərovla bağlı fikirlərini də bölüşüb.


İ.Əliyevin çıxışını təqdim edirik.


"Biz çalışacağıq ki, bu məsələ də öz həllini tapsın. Əvvəllər də belə hadisələr olub və hər dəfə Azərbaycan öz imkanlarını göstərərək vətəndaşlarını geri qaytarıb. Nə qədər çətin olsa da, biz bunu etmişik. Bildiyiniz kimi, Ramil Səfərovu da Vətənə qaytarmışıq. Baxmayaraq siz də yaxşı bilirsiniz ki, bundan sonra bizə qarşı nə qədər təzyiqlər başlamışdır. Mən, düzü, bunu gözləyirdim, amma bu dərəcədə gözləmirdim. Çünki bu təzyiqlərin heç bir əsası yox idi. Birincisi, mən o vaxt demişəm və bu gün də demək istəyirəm ki, Azərbaycan öz zabitini vətənə qaytarıb, vəssalam. Kim nə deyir-desin, məni maraqlandırmır. Biz bunu etmişik, düz də etmişik. İkincisi, biz heç bir qanunu pozmamışıq. Hər şeyi ədalətli etmişik. O, ekstradisiya edilib, yəni vətənə qaytarılıb və mən burada dərhal onu əfv etdim. Bu, mənim konstitusion hüququmdur. Ona görə burada ittihamlara, təzyiqlərə ümumiyyətlə yer qalmır. Üçüncüsü, Ramil Səfərov özü işğaldan əziyyət çəkmiş, yaxınlarını itirmiş bir insandır. Onun doğulduğu şəhər işğal altındadır və o, 8 ildən çox cəza çəkib. Ona görə hər şey ədalətli idi və o qayıdıb Azərbaycanda yaşayır, orduda xidmət edir. Budur, bizim yanaşmamız. Ona görə, əlbəttə, biz çalışacağıq ki, bu məsələ də həll olunsun.


Mən dəfələrlə demişəm, dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var. O dövlət ki, heç vaxt öz vətəndaşını darda qoymaz".


Müəllif:

Oxşar xəbərlər