1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda törətdikləri qırğınlar xüsusi zorakılıqla törədilib.
Bunu Bakıda “1918-ci il - azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransın bölmə iclasında çıxışı zamanı rusiyalı tarixçi Oleq Kuznetsov deyib.
O bildirib ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər regionlarında törədilən qırğınlara hüquqi qiymət verilməlidir:
"1918-ci ildə törədilən qırğınlar soyqırımdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu fərman çox haqlı olaraq imzalanıb və hüquqi əsasa malikdir. Buna görə də azərbaycanlıların soyqırımını tanımaq rusiyalı siyasətçilərin borcudur".