2 Aprel 2018 16:03
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Suriyadan geri çəkilməklə bağlı qərarı Vaşinqtonda mübahisələrə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ siyasətinin öndə gedən siyasətçilərindən biri olan Respublikaçı senator Lindsey Qraham məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, Suriyadan geri çəkilmək verilə biləcək ən pis qərardır. Onun fikrincə, ABŞ-ın Suriyadan çıxması Türkiyə ilə kürdlər arasında gərginliyi artıracaq: “Bu filmi daha əvvəl də izlməşəm. Obama İraqda eyni addımı atmışdı. İŞİD küncə sıxışıb. Onları rahat buraxa bilmərik. Bu faciəyə səbəb olar. Hazırda Suriyada 3 min İŞİD terrorçusu var. Suriyanı iranlılara buraxa bilmərik”.


Müəllif: Samir

Oxşar xəbərlər