Prezident Donald Tramp ABŞ hərbçilərinin Suriyadan çıxma vaxtının catdığını bir daha bəyan edib.
Teleqraf.com xəbər verir ki, Ağ Ev rəhbəri Estoniya, Latviya və Litva liderləri ilə görüşünün yekunlarına dair mətbuat konfransında ABŞ-ın Suriyadakı qoşunlarının geri çəkilməsi ilə bağlı tədbirlər hazırlandığını qeyd edib: "Əgər Səudiyyə Ərəbistanı Suriyada qalmağımızı istəyirsə, pul ödəməlidir".
Qeyd edək ki, ABŞ prezidenti daha öncə bəyan edib ki, İŞİD terror təşkilatı sıradan çıxarıldığı üçün hərbçilərin Suriyada qalmasına ehtiyac yoxdur.