5 Aprel 2018 12:40
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD tamamilə məhv edilsə da, digər terror təşkilatlarının fəaliyyəti nəticəsində İraq və Suriyada sadə insanlar əziyyət çəkir. Regionda terror təhlükəsi qalmaqdadır və bunun qarşısını almaq üçün əməkdaşlıq, qarşılıqlı hörmət olmalı, eyni zamanda digər ölkələrin hegemonluqdan imtina etməsi əhəmiyyətlidir.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

Onun sözlərinə görə, ABŞ öz nüvə infrastrukturunun inkişafına 1,3 trilyon dollar sərf etmək niyyətindədir ki, bu da narahatedici faktdır.

Nazir qeyd edib ki, İsrail qlobal təhlükəsizliyə təhdid olmaqda davam edir:

“Biz İsrail tərəfindən Qəzza zolağının dərhal blokadadan azad olunmasını tələb edirik. Fələstində qadın və uşaqların kütləvi şəkildə öldürülməsini qınayırıq. Fələstinlilərin hüquqlarının tam şəkildə bərpası və Fələstinin tam olaraq işğaldan azad olunması üçün beynəlxalq məhkəmənin qurulmasını istəyirik”.

Cavad Zərif həmçinin “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda konfrans təşkil etdiyi və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər