Xalqımız rahat şəkildə seçki məntəqələrinə gəlib öz siyasi iradəsini bildirir. Biz xoşbəxt adamlarıq ki, Azərbaycan dünyada tanınır.
Teleqraf.com-un məlumatına görə, bu sözləri 36 saylı dairənin 3 saylı məntəqəsində səs verən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
O, sözünə belə davam edib: "Möhtərəm prezidentimiz aprelin 9-da hökumətin iclasında gələcəyə dair proqramını açıqladı. Verilən vədlərin hamısı yerinə yetirilir. Biz xoşbəxt adamlarıq, ulu öndər 1993-cü ildə xalqımızın tələbi ilə Azərbaycana qayıtdı və ölkəyə rəhbərlik etdi. 1988-1993-cü illər yaxşı yadımdadır, o dövrün ictimai-siyasi həyatında aktiv iştirak edirdik. Ölkədə hərc-mərclik hökm sürürdü, cinayətkarlıq pik həddə çatmışdı. Ulu öndərin siyasəti nəticəsində bu nöqsanlar aradan qaldırıldı.
Azərbaycan hazırda dünyada ən təhlükəsiz dövlətlərdən biridir. Ölkəmizin daxilində heç bir təhlükə, təhdid yoxdur. Sadəcə kənarda Azərbaycana qarşı iradələr var, siyasət aparılır. Bunun da qarşısı dövlət rəhbərimiz tərəfindən böyük məharətlə alınır".