11 Aprel 2018 13:05
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz müşahidəçilərik və səsvermə prosesində yüksək fəallıq müşahidə edirik.

Bu sözləri Teleqraf.com-un əməkdaşına Milli Məclisin üzvü,YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev deyib.

O, deyib ki, seçicilərin yüksək fəallığı var və gözəl ab-hava yaranıb:

“Bu barədə mən hörmətli akademik Akif Əlizadə ilə fikir mübadiləsi apardım. Gələcəkdə sistemi təkmilləşdirmək olar. Məsələn, seçki məntəqələrində siyahıların və adların tapılmasında yenilik tətbiq edilə bilər. Bu, növbəlilik prosesini bir qədər azaldar”.

Ş.Hacıyev bildirib ki, hər bir Azərbaycan vətəndaşı öz borcunu yerinə yetirmək üçün seçki məntəqələrinə gəlir:
“Biz gün ərzində bütün məntəqələrdə müşahidə aparacağıq. İndiyə qədər bir neçə seçki məntəqəsində olmuşuq. Bütün məntəqələrdə seçici iştirakçılığı yüksək səviyyədədir. Fəallıq yüksəkdir, tam əmin-amanlıq, şəffaf şəraitdə seçki keçirlir. Kim istəyirsə öz arzunu nümayiş etdirərək seçdiyi namizədə səs verir. Bundan gözəl nə ola bilər?”.

Deputat deyib ki, dünyada gedən proseslər fonunda Azərbaycan sabitlik adasıdır:

“Bu adanı da yaradanlar var. Biz onlara da səs veririk. Səhər saat 08:00-da 7 saylı seçki məntəqəsində səs vermişəm. Ailəmizlə birlikdə seçimimiz olub. Biz YAP-ın lideri Cənab Prezidentə səs vermişik. Bunu gizlətmək də istəmirəm. Əminik ki, xalqımızın böyük əksəriyyəti bu gün İlham Əliyevə səs verəcək və bizim partiya qələbə qazanacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər