ABŞ ilə Rusiya arasında yaşanan gərginləşməyə Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ rəsmi münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Bozdağ “Problemləri hərbi yollarla həll etmək olmaz”, - deyib.
Qeyd edək ki, “Rusiya Suriyaya atılacaq hər raketi vuracağını söyləyib. O zaman hazır ol, Rusiya, çünki raketlər gəlir, həm də ən yaxşı və ağıllısından” deyən ABŞ prezidenti Donald Trampa Rusiya da anında “Ağıllı raketlər qanuni hökuməti deyil, terrorçuları hədəf almalı”, - deyə cavab verib.
***
16:08
ABŞ Prezidenti Donald Trampın Tvitter hesabında “Raketlər gəlir, hazır ol, Rusiya” açıqlamasından sonra Türkiyədə dollar və avronun qiymətində ciddi artım müşahidə olunur.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Trampın məlum açıqlamasından sonra valyutadəyişmə məntəqələrində türk lirəsi qiymətdən düşüb.
Artıq, 1 dollar tarixi rekord vuraraq 4.17 türk lirəsinə satılır. Avronun kursunda da atım müşahidə edilir. Hazırda 1 avro 5.17 türk lirəsinə təklif olunur.
***
15:21
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Suriyaya atılacaq raketləri vuracağı ilə bağlı çıxışına cavab verib.
Bu barədə prezident Tvitter hesabında yazıb.
“Rusiya Suriyaya atılacaq raketləri vurmağa and içib. Hazır ol Rusiya, çünki gələcəklər! Öz insanlarını öldürən və bundan zövq alan heyvanla ortaq olmamalısınız”, - Tramp qeyd edib./Axar.az/