12 Aprel 2018 10:50
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və TÜRKPA Azərbaycanda keçirilən seçkiləri yaxından izləyib.

Teleqraf.com xəbər verir ki, bu fikirləri şuranın nümayəndəsi Ömər Kocaman deyib.

O, bildirib ki, seçkiləri TÜRKPA ilə birlikdə müşahidə ediblər:

“Quba, Bakı və Şəmkirdə seçkiləri 15 nəfərlik qrupumuzla müşahidə etdik. Qrupumuza Türkiyə, Qırğızıstan və Qazaxıstandan təcrübəli şəxslər daxildir.

Azərbaycandakı seçkilər beynəlxalq standartlara və Seçki Məcəlləsinə uyğun keçirilib. Seçkilərin nəticələrinə təsir edəcək qüsurlara rast gəlinməyib. Seçkilərin ədalətli keçirilməsinin şahidi olduq. Bu seçkilərin Azərbaycan üçün xeyirli olmasını arzu edirəm”.

TURKBA-nın baş katibi Altunbek Mamausupov bildirib ki, seçkilərlə bağlı ilkin bəyanatlarını dünən veriblər:

“Seçkilərin demokratik və ədalətli şəkildə keçirildiyini bəyan etdik. İlk dəfə olaraq türkdilli dövlətlərin nümayəndəsi kimi seçkiləri əməkdaşlıq formatında müşahidə etdik. Müəyyən təcrübə və ənənələrin formalaşmasını müşahidə etdik. Mən TÜRKPA adından bizə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkür edirəm”.

Türkiyə parlamentinin üzvü Haluk İpək isə deyib ki, Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun keçirilib: “Bu türkdilli ölkələrin parlamentlərinin ortaq mövqeyidir".


Müəllif: Cavad

Oxşar xəbərlər