12 Aprel 2018 13:03
2 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 11-də keçirilən prezident seçkilərində hansı namizədin neçə faiz səs almasından əlavə, onlara verilən səslərin sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu məlumatı MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkə üzrə mövcud olan 5641 seçki məntəqəsinin hər biri üzrə məlumatlar MSK-ya daxil olub, artıq 3 962 096 bülleten sayılıb:

“Daxil olan məlumatlar araşdırılarkən 3 949 646 səs 99,68 faiz etibarlı hesab edilib. 12 490 səs – 0,32 faiz etibarsız hesab olunub. Bu səslərin bölünməsi belədir: İlham Əliyev 3 397 664, Zahir Oruc 123 006, Sərdar Cəlaloğlu 119 674, Qüdrət Həsənquliyev 119 390, Hafiz Hacıyev 59 977, Araz Əlizadə 54 603, Fərəc Quliyev 46 010, Razi Nurullayev 29 282”.

***

12:29

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirir.

Teleqraf.com xəbər verir ki, MSK sədri aprelin 11-də keçirilən prezident seçkiləriində 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsinin hamısından nəticələrin daxil olduğunu bildirib. O qeyd edib ki, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86,3 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

M.Pənahov artıq rəsmi şəkildə dairə seçki komissiyalarından protokolların MSK-ya daxil olmağa başladığını bildirib.

Onun sözlərinə görə, seçici fəallığı 74,30 faiz təşkil edib.

"Dünən gün ərzində MSK-nın qaynar xəttinə 300-dək müraciət daxil olub. Şikayət xarakterli müraciət isə daxil olmayıb. Səsvermənin gedişi nizamlı-intizamlı olub. Həm beynlxalq, həm də yerli müşahidəçilərin prosesi izləyib. Bütün müşahidəçilərin fikirləri müsbətdir. Kifayət qədər nüfuzlu beynəlxalq qurumlar bu seçkini nümunəvi hesab edir".

MSK sədri bundan sonra yekun protokolun hazırlanacaq və qərar qəbul edilərək onun Konstitusiya Məhkəməsinə göndəriləcəyini bildirib.

Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər