13 Aprel 2018 18:56
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz Məmmədov: “Müşahidə missiyasının bəzi üzvləri yalnız müxaliflərlə əlaqə saxlamaqla məşğul olub”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının bəzi üzvləri yalnız müxaliflərlə əlaqə saxlamaqla məşğul olub.

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "ATƏT DTİHB müşahidə missiyasının köməkçisi Vüqar Əhmədovun bəyanatı Seçki Müşahidə Missiyasının rəhbərlərinin və bəzi xüsusi seçilmiş üzvlərinin Azərbaycana olan münasibətini açıq ortaya qoyur və ifşa edir. Hesabat əvvəldən hazırlanmışdı. Bu məzmunda məlumatlar mənə də çatmışdı, özü də xarici ölkə nümayəndələrindən və missiya üzvlərindən çatmışdı. Aramızda razılaşma olmuşdu. Xahiş etmişdilər ki, adlarını gizli saxlayım. Həqiqətən də Müşahidə Missiyasının bəzi üzvləri yalnız xaricdə və daxildə olan müxaliflərlə əlaqə saxlamaqla məşğul olublar. Missiyanın hesabatla razı olmayan üzvləri isə kənarlaşdırıldıqları üçün geri qayıdıblar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər