Türkiyədə keçirilən prezident seçkilərində maraqlı hadisə baş verib
Balıkəsirin Edremit rayonunda səs faizləri hesablanarkən qeyri-adi seçici fikrinə rast gəlinib.
Belə ki, qutunun içindən çıxan seçici vərəqində məşhur müğənni Sibel Canın fotosu çıxıb. Seçici blankdakı prezidentliyə namizədlərin hər üçünün üstündən xətt çəkib. Sibel Canın fotosunun üstündən isə “tercih” (üstünlük verirəm) yazılı möhür vurub.
Bu hadisə bir anın içində mətbuata sızdırılıb. Sonradan nəinki Türkiyə mətbuatı, bütün dünya KİV-i bu maraqlı hadisədən yazmağa başlayıb. Sosial şəbəkələrdə də bu barədə qızğın mübahisələr yaşanıb.
/anspress/