11 Avqust 2014 11:42
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Halonq" tropik qasırğası Yaponiyada dağıntılara səbəb olub

Leysan yağış və güclü küləklə müşayiət olunan qasırğa 1 nəfərin ölümünə, 1 milyondan çox sakinin də evakuasiya edilməsinə səbəb olub. Əsasən, öz məcrasından çıxan çayların yaxınlığında yerləşən yaşayış məntəqələri boşaldılıb.

"Halonq" qasırğası onlarla insanın da xəsarət almasına səbəb olub. Qasırğa yerüstü və hava nəqliyyatını iflic edib. Turistlərin axın etdiyi Kyoto şəhərində yollar və obyektlər su altında qalıb. Daha çox, Yaponiyanın şimalına ziyan dəyib.

"Halonq" tropik qasırğası paytaxt Tokioda da dağıntılara səbəb olub. Yeni daşqın və torpaq sürüşmələrinin ola biləcəyinə dair xəbərdarlıq edilib.

/anspress/


Müəllif:

Oxşar xəbərlər