11 Avqust 2014 14:03
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq Dövlət katibi Hillari Klinton bazar günü verdiyi müsahibədə prezident Barak Obamanı sərt tənqid edib


İraq və Suriyada ABŞ siyasətinin iflasa uğradığını deyən xanım Klinton Obamanı “uğursuz” adlandırıb.


Klinton müsahibəsində ABŞ bombardmançılarının İraqda hərbi əməliyyatlar aparmasının İŞİD üçün Suriyada yeni cığırlar açacağını deyib: “Əsədə qarşı mübarizə aparan təşkilatlara deyil, xalqa kömək etmək lazım idi. Suriyada hazırda islamçılar var, dünyəvi insanlar var, radikal qüvvələr var. ABŞ öz köməkliyi ilə milli maraqlarını ortaya qoymalı idi. İraqdan cihad qruplaşmalarını sıxışdırmaqla Suriyada onlara kömək etmiş olarıq. Radikal qruplaşmalar əraziyə nəzarət edir. Orada qoşun saxlamaq ağılsızlıq olardı. Belə olan şəraitdə onlar daha çox coğrafi ərazidə yayıla bilər”.


Xanım Klinton İŞİD-lə mübarizədə Obamaya strateji təkliflə müraciət edərək təkcə ABŞ-ın yox, bütün Avropanın Yaxın Şərq məsələsinə qarşı vahid mövqedən çıxış etməyinin vacib olduğunu bildirib: “Məni Yaxın Şərqdə narahat edən əsas problemlərdən biri Avropa dövlətlərinin bu hadisələrə biganə qalmasıdır. Böyük dövlətlər təşkilatlanmalıdır. Ancaq çərçivədən çıxmamaq şərti ilə”./Axar.az/


Müəllif:

Oxşar xəbərlər