21 Aprel 2018 14:24
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Serj Sərkisyan onun istefasını tələb edən etirazçıların lideri Nikol Paşinyanı dialoqa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Sərkisyanın mətbuat xidməti məlumat yayıb.

Sərkisyan müraciətində deyib: “İrəvanda bir sıra mitinq və yürüşlər keçirilir. Təəssüf ki, bu aksiyalar qanuni çərçivəni aşır, anarxizm yaradır. Bu hadisələr gözlənilməz nəticələr verə, ictimai asayişi təhlükə altına ata bilər. Mən daxili proseslərdən dərin narahatlıq keçirirəm. İtkilər olmasın deyə parlamentin deputatı Nikol Paşinyanı siyasi dialoqa getməyə və danışıqlar masasında əyləşməyə çağırıram. Bunu təcili etmək lazımdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər