22 Aprel 2018 21:21
1 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Hadi Bahadırın Prezident Həsən Ruhaniyə ünvanladığı məktuba 50 türk əsilli deputat imza atıb.

Axar.az xəbər verir ki, millət vəkilləri Ruhaniyə yazılmış məktubda onun köməkçisi Əli Yunusinin “azərilər türkcə danışan farsdır” sözlərinə sərt reaksiya veriblər.

“Yunusinin İrandakı azlıqlarla bağlı bu açıqlamaları ölkə təhlükəsizliyinə zərər verir. Quranda da irqi ayrı-seçkilik etmək böyük günah hesab olunur. Onun bu məktubu azəri, türkman, qaşqay, xəzər kimi türk dilində danışan, ölkənin təxminən 40 faizini təşkil edən Türk qövmünə böyük təhqirdir”, - məktubda deyilir.

Qeyd edək ki, Yunusi açıqlamasında “Azərilər 300 ildir ki, türkcə danışırlar, onlar farsdırlar və əvvəllər də fars dilində danışıblar” deyərək, absurd iddia səsləndirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər