Avqustun 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov vətəndaşları qəbul edəcək.
Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbul Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Qəbula yazılma həmin gün saat 09.00-dan 10.00-dək Sabunçu Rayon İcra Hakimiyyətində təşkil ediləcək. Qəbul saat 10.00-dan başlayacaq.
SEVİL