Ukrayna hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin sertifikatlaşdırılması olmadan Rusiyanın humanitar yardım daşıyan avtomobil karvanını ölkəyə buraxmayacaq
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko deyib. O bildirib ki, bu avtomobil karvanının humanitar yardım daşıması BQXK tərəfindən təsdiqlənməyib və yükün təyinat yeri bəlli deyil: “Yük yalnız Ukrayna sərhədçiləri tərəfindən nəzarət olunan buraxılış məntəqələrindən ölkəyə daxil ola bilər və bu yükü BQXK nümayəndələri müşayiət etməlidir. Lakin sözügedən yük BQXK tərəfindən sertifikatlaşdırılmayıb”.
Xatırladaq ki, Rusiya Ukraynanın şərqinə 280 yük avtomobili ilə humanitar yardım göndərib. Hazırda avtomobillər yoldadır.
/APA/