11 İyun 2018 17:51
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyninin təşəbbüsü, Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Mirzəyevin iştirakı ilə Milli Məclisin deputatı Fazil Mustafa ilə son baş verənləri müzakirə etdik.

Teleqraf.com xəbər verir ki, bunu ilahiyyatçı-jurnalist Rəsul Mirhəşimli bildirib.

O, hər şeydən əvvəl qalmaqalın münaqişə səviyyəsinə çıxmasına, problemin məhkəmədə deyil, qarşılıqlı dialoq yolu ilə çözülmünə çalışdıqları üçün U.Mirzəyevə ağsaqqal mövqeyinə, R.Zeyniyə isə nəcib təşəbbüsünə görə təşəkkürünü bildirib:

“İki saatdan artıq davam edən görüşdə hər kəs öz arqumentlərini gətirdi. Müzakirələrin detalları ilə bağlı ətraflı məlumat verməyi lazım bilmədim. Müzakirələrin nəticəsi olaraq, konstruktiv mövqeyə gələ bildik. Mən hesab edirəm ki, Fazil Mustafa məlum statusunda məni aşağılayan, ittiham edən ifadələr işlədib.Fazil Mustafa da hesab edir ki, mən Axar.az saytına verdiyim açıqlamada çox sərt şəkildə onu ittiham etmişəm. Həmin görüşdə də bu fikri ifadə elədim, ola bilsin, mənim həmin açıqlamada dediklərim düzgün anlaşılmayıb. Bu dünyada qorxduğum ən böyük günahlardan biri kiminsə qəlbinə toxunmaqdır. Ariflərin dediyi kimi, kiminsə qəlbini qırma, bəlkə qırdığın qəlbdə Allah var?

Fazil Mustafa bəyan etdi ki, yazdığı məlum statusunu səhifəsindən siləcək və barəmdə işlətdiyi ifadələrə görə məndən üzr istəyəcək”.

R.Mirhəşimli qeyd edib ki, kimdənsə üzr istəmək insanın hansısa mərtəbədən düşürməz:

“Ola bilsin ki, mənim sərt ifadə etdiyim sözlər də Fazil Mustafanı incidib, onun qəlbinə dəyib. Həmin görüşdə də bunu ifadə elədim, burdan da bəyan edirəm. Əgər dediklərim Fazil Mustafanın qəlbinə toxunub, onu incidibsə, mən də üzr istəyirəm. Bütün hallarda qəlbinə toxunduğun insanın haqqı üzərində qalır. Bu dünyandan qul haqqı ilə köçüb, Allahın hüzuruna da bu haqla çıxmadansa, üzrxahlıq edib, vicdanınını rahatlatmaq daha yaxşıdır.

Bir sözlə, bir neçə gün davam edən problem nəhayət, həll olundu. Bu məsələdə mənə dəstək olan, milli-azadlıq hərəkatından keçmiş iki tanınmış insanın arasında yaranmış problemin xoşluqla həll olunmasını istəyən hər kəsə təşəkkür edirəm!”


Müəllif: Səxavət

Oxşar xəbərlər