14 İyun 2018 14:47
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və 27-ci dönəm parlament seçkiləri ilə bağlı Azərbaycanda da seçki məntəqəsi təşkil olunacaq.

Bu barədə Teleqraf.com-a Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda səsvermə iyunun 17-də baş tutacaq. Səsvermə iyunun 17-də Türkiyənin Bakıdakı səfirliyində, Gəncə və Naxçıvandakı Baş konsulluqlarda gerçəkləşdiriləcək.

Səfirlikdə keçiriləcək səsvermə saat 10:15-dən 10:30-dək mətbuat üçün açıq olacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər