20 İyun 2018 14:12
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Adil Əliyev iyunun 23-də Alman-Azərbaycan Dostluq və Mədəniyyət Cəmiyyətinin dəvətilə Almaniyanın Nürnberq şəhərində Azərbaycan-Türkiyə idmançılarının qardaşlıq konfransında iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat verən A.Əliyev konfransda Avropanın müxtəlif şəhərlərindən qonaqların da iştirak edəcəyini söyləyib:

“Azərbaycan Kikboksinq Federasiyasının rəhbəri olaraq il ərzində türkiyəli idmançılarla – qardaşlarımızla müxtəlif yarışlar düzənləyirik. Başqa ölkələrdə də idman tədbirlərimiz az deyil. Ona görə də Nürnberq konfransına dəvətimi Azərbaycan-Türkiyə idmançılarının qardaşlığına verdiyimiz töhfənin bir parçası hesab edirik”.

A.Əliyev qeyd edib ki, il başlayandan Azərbaycandan kənarda müxtəlif konfrans və seminarlarda iştirak edib:

“Bununla iki məqsəd güdürəm. Birinci məqsədim getdiyim ölkələrdə Azərbaycanın təbliğatını gücləndirmək, uğurlarımızın təbliğatını aparmaq, təhlükəsizlik problemlərimiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və işğal altındakı torpaqlarımız haqqında görüşdüyüm insanlara dolğun məlumat çatdırmaq, ikinci məqsədim isə həmin ölkələrdə soydaşlarımızın təşkilatlanmasına və dövlətimizin maraqları naminə birləşməsinə dəstək verməkdən ibarətdir. Ona görə Nürnberqdəki tədbirdə də bir millət vəkili olaraq dövlətimin təbliğatı naminə əlimdən gələni etməyə çalışacam”.


Müəllif: Səxavət

Oxşar xəbərlər