22 İyun 2018 14:17
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin növbədənkənar sessiyada iyunun 29-da keçiriləcək son plenar iclasının gündəliyi məlum olub.

Teleqraf.com-un məlumatına görə, iclasın gündəliyinə 35 məsələ daxildir.

Bunlar “Polis haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında”, “Büdcə sistemi haqqında”, “İcra haqqında”, “Dövlət rüsumu haqqında” və bir sıra qanunlara, Vergi, İnzibati Prosessual, Cinayət, Mülki, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər, o cümlədən “Məşğulluq haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasında dövlət daktikloskopik və genom qeydiyyatı haqqında” (üçüncü oxunuş). “Azərbaycan respublikası Hesablama Palatası haqqında (üçüncü oxunuş) qanunlar və sair məsələlərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər