Türkiyənin ana müxalifət partiyasının prezidentliyə namizədi Məhərrəm İncə hakim partiyanın sədri Rəcəb Tayyib Ərdoğanın seçkini qazandığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda İncə Fox TV-yə yazdığı mesajda bildirib.
Fox TV-nin aparıcısı İsmayıl Küçükkaya ilə canlı yayımda mesajlaşan Məhərrəm İncə bunları bildirib.
“Adam seçkini qazandı. Sabah bununla bağlı geniş açıqlamam olacaq.”