4 İyul 2018 10:20
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərenerji” ASC bütün ölkə ərazisində elektrik enerjisinin tam təmin olunması üçün bütün operativ tədbirləri həyata keçirib.

Bunu “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib ki, ölkədə elektrik enerjisi təminatı daxili istehsal hesabına artıq gecə saat 03:30-da tam təmin olunub.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri qeyd edib: "Hazırda ölkədə elektrik enerjisi təminatı stabildir. Son hadisə göstərdi ki, “Azərenerji”nin oxşar problemləri operativ şəkildə aradan qaldırmaq üçün texniki imkanları və peşəkar kadrları var". /Trend/


Müəllif:

Oxşar xəbərlər