4 İyul 2018 12:43
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi gömrük postlarında gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən gün Mingəçevirdəki İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında baş vermiş hadisə ilə bağlı Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problem yaranıb və Azərbaycan ilə Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük postunun keçid məntəqələrində nisbi sıxlığa səbəb olub. Bundan sonra əlavə qüvvələr cəlb edilib və sıxlıq aradan qaldırılıb. Hazırda bütün gömrük sərhəd-keçid məntəqələri normal qaydada fəaliyyət göstərir


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər