7 İyul 2018 13:45
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən “İstək” liseylərinin təhsil sistemini qiymətləndirmək istəməzdim, ancaq bu liseylər də “Çağ Öyrətim” şirkətinin liseyləri kimi bir şəbəkə idi.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

O qeyd edib ki, həmin bu şəbəkə FETÖ-çuların şəbəkəsi idi və bir mərkəzdən idarə olunurdu:

“Bunların əsas məqsədi nədir? Təbii ki, əsas məqsəd bizə yaxın, qardaş olan Türkiyə hakimiyyətini devirməkdir. Biz buna təbii ki, biganə qala bilməzdik. Çünki Türkiyənin hakimiyyəti Azərbaycanın yanındadır, ölkəmizin maraqlarına uyğun addımlar atır. Bütün beynəlxalq platformalarda bizi müdafiə edir. Biz bunu görməyə, qiymətləndirməyə bilmərik. Təbii ki, burda başqa məqam da var. Ən pis variant bu şəbəkənin Azərbaycana geri dönməsidir. Onların Türkiyə hakimiyyətinə iddiaları var, onları devirmək istəyir. Sabah onlar bizə də arxa çevirə bilərlər. Bizim ölkəmizdə də xoşagəlməz işlər apara bilərlər”.

F.Sadıqov qeyd edib ki, bu liseylərin idarə olunduğu şəbəkə tərəfindən Türkiyə-Azərbaycan hakimiyyətinin yaxınlaşmasına görə bizə də hansısa təhlükə yarana bilər:

“Biz Türkiyə ilə hər məsələdə olduğu kimi bu məsələdə də həmrəyik. Mənə elə gəlir ki, bunlar çox ciddi məsələlərdir və əsas səbəblər elə budur”.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində Bakıda 4, bölgələrdə isə 8 “İstək” liseyi fəaliyyət göstəririb. Liseyin fəalyyətini dayandırması ilə bağlı Təhsil Nazirliyi tərəfindən İşçi qrup yaradılıb və Bakı şəhərində yerləşən bəzi ümumi təhsil müəssisələrinin direktorları da həmin işçi qrupa daxil edilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər