Bakı-Tbilisi-Ceyhan boru xəttinin son nöqtəsi olan Ceyhan qəsəbəsində Heydər Əliyev adına Dəniz Terminalından dünya bazarına son 12 ildə 4 minə yaxın tankerlə 2 milyard 999 milyon 528 min 260 barel xam neft daşınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
“Yüz ilin enerji projesi” adlandırılan və 2006-cı ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Ceyhan boru xəttinin uzunluğu 776 kilometr, Türkiyə ərazisindən keçən hissəsi isə 1076 kilometrdir.
Qeyd edilir ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru xəttinin son dayanacaq nöqtəsindən BOTAŞ BİL vasitəsilə tankerlərlə dünya bazarına çıxarılır.