16 İyul 2018 12:41
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Televiziyalar, saytlar və sosial şəbəkələrdə dini maarifləndirməyə ehtiyac var. Son hadisələr göstərdi ki, media rəhbərləri baş verən hadisənin səbəbindən kifayət qədər məlumatlıdırlar. Lakin sosial şəbəkələrin istifadəçiləri barədə eyni sözü deyə bilmərik”.

Teleqraf.com xəbər verir ki. bu sözləri “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı "Media: dini radikalizmlə mübarizə" adlı tədbirdə çıxışı zamanı deyib.

O, bildirib ki. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və dini ekspertlər sosial şəbəkələrdə fəal olmalıdır: “Çünki bu şəbəkələrdə azərbaycanlı adı ilə qeydiyyatdan keçənlərin hamısı azərbaycanlı deyil. İslam və İlahiyyət universitelərinin əməkdaşları dini daha sağlam şəkildə sosial şəbəkədə təbliğ edə bilər. Saytlarda, televiziyalarda dini rublikalar açılmalıdır. İnsanların dinlə bağlı oxuyacaqları biz olmalıyıq. Bununla həm elmi, həm də psixoloji üstünlüyü ələ almış olacağıq. Bu sahədə yazan jurnalistlərin maarifləndirilməsinə ehtiyac var. Bu cür treyninqlər təşkil edilir. Lakin onların sayı artırılmalıdır. Hətta İlahiyyat institutunu bitirənlər arasında yazı bacarığı olanlar mediada yazılarla çıxış edə bilər”


Müəllif: Gülxar

Oxşar xəbərlər