23 İyul 2018 18:28
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayonunun Şatıroba–Hişkədərə–Miyanku–Kubin–Birinci Səmədxanlı–Xallıcalı–Əminli–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sənəddə deyilir ki, otuz iki min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba–Hişkədərə–Miyanku–Kubin–Birinci Səmədxanlı–Xallıcalı–Əminli– Məmmədxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,5 milyon (yeddi milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdam irəli gələn məsələləri həll etmək tapşırılıb.


Müəllif: Teleqraf.com