Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyədən gələn bu ölkə vətəndaşının idarə etdiyi yük maşını yoxlama-baxış sistemindən keçirilərkən qurğunun monitorunda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Bu barədə Teleqraf.com-a DGK-dan məlumat verilib.
Bu səbəbdən avtomobilin yük yeri təkrar yoxlanılıb. Nəticədə, gömrük orqanlarına bəyan olunmayan, müşayiət sənədlərində göstərilməyən - 295 ədəd plastik qabda “ERITROTEK®; 1kg”, 300 qutu şüşə flakonda “FLORTEK®; 50ml”, 100 qutu şüşə flakonda “Ketojezik®, 50ml”, 600 qutu - hər qutuda iki konvalyut olmaqla “Benzoral®; 10 Tablet”, 250 qutu - hər qutuda iki konvalyut olmaqla “Albecure®1500; 10 Tablet”, 100 qutu şüşə flakonda “Amoxygen; 100ml”, 100 qutu şüşə flakonda “Amoxygen; 250ml”, 1500 qutu - hər qutuda iki konvalyut olmaqla “Oxazac; 10 tablet”, 350 qutu - hər qutuda 10 paket olmaqla “ERITROTEK®; 4,5gx10 Poşet”, 720 qutu “RULAMIT-VA®”, 100 qutu şüşə flakonda “Teknomycin®LA 300; 100ml”, 100 qutu şüşə flakonda “Spirotek®; 100ml”, 100 qutu şüşə flakonda “Flumeglin®; 50ml” markalı baytarlıq preparatları və 840 ədəd “Konazol; 100ml” markalı tibbi şampun aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.