Dövlət Gömrük Komitəsi gömrük postlarında poçt məntəqələrinin sayını artırmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov məlumat verib.
İdarə rəisi bildirib ki, hazırda gömrük postlarında bir poçt məntəqəsi mövcuddur: "Bu isə çox zaman vətəndaşların yubanmasına səbəb olur. Nazirliyə edilən təklif ilə bütün gömrük postlarının idxal və ixrac xətlərinin hər birində poçt məntəqələrinin yaradılmasına nail olmaq istəyirik. Bununla da hər gömrük postunda ümumilikdə iki poçt məntəqəsi olacaq ki, bu da sürətli keçid üçün daha əlverişli imkan yaradacaq".