Cari ilin iyul ayı ərzində Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" postundan 14388 nəqliyyat vasitəsi qeydiyyatdan keçib.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.
O bildirib ki, göstəricilər ümumi olaraq idxal və ixrac məntəqəlirindəki qeydiyyatlara aiddir:
"Ötən ay sınıq körpüdə ay ərzində 59 minə yaxın nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdisə, bu ay həmin göstərici 82054 olaraq qeydə alınıb. "Qoşa Təpə" gömrük postu digər postlardan fərqli olduğu üçün sutka ərzində 643 nəqliyyat vasitəsi qeydiyyatdan keçib. Ümumilikdə isə bütün gömrük postlarında təhlükəsizliyi artırmaq məqsədilə yoxlanışları daha da diqqətli aparmağa çalışırıq".