7 ay ərzində Azərişıq ASC-yə "ASAN xidmət" vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət olub.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərişıq ASC-nin Perspektiv inkişaf və "ASAN xidmət"lə iş idarəsinin rəisi Elsevər Rüstəmli 2018-ci ilin geridə qalan 7 ayı ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti əhali abunentlərini elektrik şəbəkəsinə qoşhlması ilə bağlı 327 nömrəli qərar verib: "Qərar əsasında evinə, bağına və ya həyətinə 20 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən1 fazalıxətlə elektrik enerjisi çəkdirmək istəyən abonentlər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib".
Bildirilib ki, ümumilikdə 2018-ci ilin arxada qalan 7 ayı ərzində Azərişıq ASC-nin “ASAN” brendi vasitəsiilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb. Mart ayında “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, may ayında isə“Yük hesabatının hazırlanması” və “istehlakçınınbalansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yenixidmətlər yaradılıb.
E.Rüstəmli onu da qeyd edib ki, həmin xidmətlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət daşıyır:
“Ələxsus sıralamada 13-cü olan“istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidməti istehlakçılar üçün çoxdan gözlənilən xidmət hesab olunur. Çünki Azərişıq ASC-nin balansında olmayan istehlakçıların balansındakı elektrik avadanlıqlarının istismarı zamanı qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması və ya ortaya çıxan problemlərin aradan qaldırılması üçün bu xidmət olduqca vacib xidmətdir. Azərişıq ASC-nin “ASAN xidmət” vasitəsi iləg östəridi 13 xidmət arasında heç şübhəsiz, əhali və qeyriəhali üçün texniki şərtlərin verilməsi, daha dəqiq abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri də xüsusi önəm daşıyır.
Bu səbəbdən Azərişıq ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçmələrin və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib”.
Həmçinin Azərişıq ASC-nin rəsmi saytında "Elektrik şəbəkəsinə necə qoşulaq" adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş yeni qaydaları əks olunub. Ələxsus sosial şəbəkələrlə iş intensivləşdirilib. Azeriçıq ASC adlı“facebook”, “azerishiq.az” adlı “instagram” səhifələrində bütün yeniliklər, tariflər özünə yer alıb, şikayət və təkliflər bu dəqiqə də qəbul edilməkdədir.
ASC-nin əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınıb, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.
Aparılan islahat və yeniliklərdən sonra 2018-ci ilin 7 ayı ərzində Azərişıq ASC-yə “ASAN xidmət” vasitəsi ilə 11500-ə qədər evinə, bağına yaxud həyətinə işıq çəkdirmək istəyən vətəndaş, 1700-ə qədər obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkar müraciət edib.
Sənədlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla müraciətlərin böyük əksəriyyəti icra olunub.
Ümumilikdə isə 7 ay ərzində Azərişıq ASC-yə “ASAN xidmət” vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə101 min müraciət edilib.